Nikoloz Samxaradze - Karl Hartsel Gürcüstanın namizəd statusu alması üçün daha yaxşı çalışa bilərdi
Nikoloz Samxaradze - Karl Hartsel Gürcüstanın namizəd statusu alması üçün daha yaxşı çalışa bilərdi

 

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin sözlərinə görə, Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel Gürcüstanın namizəd statusu alması üçün daha yaxşı çalışa bilərdi.

O , bu məsələ ilə bağlı başqalarının şərhlərini qiymətləndirməyəcəyini bildirib.

“Mən başqalarının şərhləri ilə əlaqədar rəy bildirməyi sevmirəm və buna öyrəşməmişəm. Cənab Hartselin rəyinə gəlincə, o, Gürcüstanın namizəd statusu alması üçün daha yaxşı çalışa bilərdi”- deyə Nikoloz Samxaradze bildirib.

Məlumat üçün bildirək ki, Aİ-nin Gürcüstandakı səfiri Karl Hartsel Gürcüstanda diplomatik missiyanı başa vurur. Karl Hartsel Aİ-nin Ali Nümayəndəsi kimi dörd il Gürcüstanda olub. Diplomat gürcü xalqına qonaqpərvərliyə görə təşəkkür edib və Gürcüstanın həmişə onun bir parçası olaraq qalacağını qeyd edib.