Nikoloz Samxaradze - istintaq son mərhələyə keçib və qeyri-qanuni “zəng mərkəzləri”ni işlədən, avropalı təqaüdçüləri qarət edən şəxslərin həbsinə başlanılacağı aydındır
İstintaq son mərhələyə keçib və qeyri-qanuni “zəng mərkəzləri”ni işlədən, avropalı təqaüdçüləri qarət edən şəxslərin həbsinə başlanılacaq-bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze açıqlayıb.
Samxaradzeyə Davit Kezeraşvilinin əmisi oğlunun Ermənistanda “zəng mərkəzləri”nin işi üzrə saxlanılması haqqında “Rustavi 2″nin yaydığı məlumatla bağlı sual verilib.
“Bu, ümumiyyətlə, Gürcüstanın siyasi spektri, o cümlədən bizim müxalifət üçün olduqca acınacaqlı, kədərli xəbərdir. Həmçinin, Kezeraşvilinin maliyyələşdirdiyi medialar üçün, çünki onun yaxını, ailə üzvü Almaniya prokurorluğunun verdiyi order əsasında saxlanılıb. İstintaq son mərhələyə keçib və aydındır ki, avropalı təqaüdçülərin qarət edildiyi qeyri-qanuni “zəng mərkəzləri”ni idarə edən şəxslər həm Avropada, həm də dünyanın müxtəlif ölkələrində saxlanılacaqlar. Ümid edirəm ki, ədalət və qanun təcəllisini tapacaq”- Nikoloz Samxaradze açıqlayıb.