Nikoloz Samxaradze - islahatların həyata keçirilməsi yolunda yaxşı təcrübəmiz var, biz Aİ-yə üzvlüklə bağlı danışıqlardan digər ölkələrlə müqayisədə daha tez keçə bilərik
Avropa İttifaqı ilə danışıqları digər ölkələrə nisbətən daha tez bağlaya bilərik -bu barədə parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze açıqlayıb.
O, islahatların həyata keçirilməsi yolunda yaxşı təcrübəyə malik olduqlarını bildirib.
“Bizim islahatların həyata keçirilməsi yolunda olduqca yaxşı təcrübəmiz, olduqca möhkəm institutlarımız, olduqca güclü dövlət sektorumuz var və müvafiq olaraq bütün bunlar digər ölkələrə nisbətən bizə danışıqlar prosesini daha sürətli keçmək imkanı verir. Biz Aİ ilə danışıqları digər ölkələrlə müqayisədə daha tez bağlaya bilərik. Bundan əlavə, iqtisadi amil də nəzərə alınmalıdır. Nəzərə alınacaq daha bir amil odur ki, təəssüf ki, bu gün Ukrayna təcavüzün qurbanıdır, müvafiq olaraq müharibə şəraitində olan ölkənin islahatlar aparmasının daha çətin olacağı da aydındır. Məhz bu bir neçə səbəbə görə biz danışıqları daha tez başa çatdıra biləcəyimizə inanırıq”- deyə Nikoloz Samxaradze qeyd edib.