Nikoloz Samxaradze - Gürcüstan yəqin ki, dünyada həm Ermənistan, həm də Azərbaycan tərəfindən bərabər etimada malik yeganə ölkədir
Nikoloz Samxaradze - Gürcüstan yəqin ki, dünyada həm Ermənistan, həm də Azərbaycan tərəfindən bərabər etimada malik yeganə ölkədir

 
Gürcüstan yəqin ki, dünyada həm Ermənistan, həm də Azərbaycan tərəfindən bərabər etimada malik yeganə ölkədir-bu barədə Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib açıqlayıb.

Nikoloz Samxaradzenin qeyd etdiyi kimi, Tbilisi təbii olaraq sülh danışıqlarının aparıla biləcəyi yerdir və danışıqları uğurla yekunlaşdırmaq cəhdi ola bilər.

“Biz bu tarixi hadisənin Tbilisidə baş verməsi üçün səylərimizi azaltmayacağıq. Gürcüstanın Baş naziri artıq bu prosesdə aktiv iştirak edir və ilkin əlamətlərin göründüyünə şahid oluruq. Bir müddət əvvəl Tbilisidə xarici işlər nazirlərinin görüşü keçirildi. Bizim iki dost və qonşu ölkənin tezliklə barışması və sülh sazişi imzalaması üçün böyük arzumuz var, çünki bu, bütövlükdə Qafqaz regionu üçün yaxşı olacaq”- Samxaradze bildirib.