Nikoloz Samxaradze - "Gürcü Arzusu" anti-Qərb ritorikası səsləndirmir, tərəfdaşımız olan ölkə ilə bütün anlaşılmazlıqları müəyyən edəcəyik və tərəfdaşlara layiq şəkildə aradan qaldıracağıq
Nikoloz Samxaradze - "Gürcü Arzusu" anti-Qərb ritorikası səsləndirmir, tərəfdaşımız olan ölkə ilə bütün anlaşılmazlıqları müəyyən edəcəyik və tərəfdaşlara layiq şəkildə aradan qaldıracağıq

 

Nə qədər ki, “Gürcü Arzusu” hakimiyyətdədir, Gürcüstan Avrointeqrasiya yolundan dönməyib və dönməyəcək, çünki bu, cəmiyyətlə birlikdə qarşımıza qoyduğumuz konstitusiya vəzifəsidir – bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

O, bu kursa yenidən baxılmayacağını qeyd edib.

Samxaradzenin də qeyd etdiyi üzrə, hakimiyyətin ABŞ-la dostluq və tərəfdaşlıq münasibətləri var.

“Bu kursa heç bir şəkildə yenidən baxılmayacaq. “Gürcü Arzusu” anti-Qərb ritorikası səsləndirmir, bu, böyük yalandır. Amerika Birləşmiş Ştatları ilə dostluq və tərəfdaşlıq münasibətlərimiz var, bundan irəli gələrək tərəfdaşımız olan ölkə ilə bütün anlaşılmazlıqları müəyyən edəcəyik və tərəfdaşlara layiq şəkildə aradan qaldıracağıq. Əgər nəsə anlaşılmazlıq varsa, aydın cavabların verilməsinə ehtiyac var və bu görüşdə birbaşa iştirak edən şəxslər tərəfindən edilə bilər və məsələ bağlanar. Aramızdakı münasibətlər o qədər yüksək və o qədər mehribandır ki, bu kiçik anlaşılmazlıqlar sərbəst şəkildə aradan qaldırılacaq. Kelli Deqnana yönəlik bir neçə sual ünvanlanmasını nəzərə alarsaq, təbii ki, öz səfirini dəstəkləməsi adi bir hadisədir və mən burada da bu münasibətlərə az da olsa, xələl gətirə biləcək heç nə görmürəm”- deyə Nikoloz Samxaradze bildirib.