Nikoloz Samxaradze Finlandiyanın analitik mərkəzlərinin nümayəndələri ilə görüşdü
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Finlandiyaya səfəri çərçivəsində analitik mərkəzlərinin, o cümlədən Hibrid Təhdidlərlə Mübarizə üzrə Avropa Mərkəzinin, Finlandiyanın Beynəlxalq Münasibətlər İnstitutunun və Marti Ahtisaari Sülh Mərkəzinin nümayəndələri ilə görüşdü.
Görüşlərdə Gürcüstandakı mövcud vəziyyət, o cümlədən işğal olunmuş bölgələrədki ağır vəziyyət və münaqişənin həlli perspektivləri müzakirə olundu. Həmçinin Cənubi Qafqaz, Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqları və bu danışıqlarda Gürcüstanın mühüm rolu.
Tərəflər Gürcüstanın Avropa İttifaqı və NATO-ya daxil olması perspektivlərini müzakirə etdilər. Finlandiyanın analitik mərkəzlərinin nümayəndələri Gürcüstanın Rusiyanın Ukraynaya indiki təcavüzünün Qara Dənizin təhlükəsizlik arxitekturasını necə dəyişə biləcəyinə dair baxışları ilə maraqlandılar.
Görüşlər zamanı Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciəti və bu yolda Finlandiyanın qarşılaşdığı problemlərdən danışıldı.
Onlar həmçinin Gürcüstanın xarici siyasət prioritetlərini və müasir çağırışlar kontekstində onların həyata keçirilməsinin çətinliklərini müzakirə etdilər.
Məlumatı Gürcüstan Parlamentinin mətbuat xidməti yayır.