Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Ermənistan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Aşot Smbatyanla tanışlıq xarakterli görüş keçirib.
Parlamentin mətbuat xidmətindən verilən məlumatda görüşdə iki ölkə arasında mehriban qonşuluq münasibətləri və əməkdaşlığın əsas istiqamətlərinin, o cümlədən parlamentlər səviyyəsində əməkdaşlığın dərinləşdirilməsi imkanlarının müzakirə olunduğu deyilir. Regionlardakı mövcud vəziyyət və təhlükəsizlik problemlərini müzakirə ediblər.
“Ermənistanın Gürcüstana yeni təyin olunmuş səfiri ilə tanışlıq xarakterli görüş keçirdim. Görüşdə biz iki ölkə arasında mövcud əlaqələrin ən yüksək səviyyədə olduğunu vurğuladıq və parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı razılığa gəldik”- deyə Nikoloz Samxaradze açıqlayıb.