Nikoloz Samxaradze - Davit Qareci məsələsində irəliləyiş əldə etmişik və yavaş-yavaş irəliləyirik, bu prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, hərçənd müsbət gözləntilərimiz var
Davit Qareci məsələsində irəliləyiş əldə etmişik və yavaş-yavaş irəliləyirik-bu barədə parlament çoxluğunun üzvü Nikoloz Samxaradze açıqlayıb.
Nikoloz Samxaradzenin qeyd etdiyi kimi, “Bu prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, hərçənd müsbət gözləntilərimiz var”.
“Gürcüstan-Azərbaycan sərhədinin delimitasiyasına gəlincə, sərhədin təxminən 70%-i razılaşdırılıb. Qalan 30 faizin razılaşdırılması üzərində iş gedir. Ancaq delimitasiya prosesi belədir ki, 100% razılaşana qədər heç bir delimitasiya müqaviləsi imzalanmır. Müvafiq olaraq, irəliləyiş əldə etmişik və yavaş-yavaş irəliləyirik. Bu prosesin nə vaxt başa çatacağını deyə bilmərəm, hərçənd dost və strateji tərəfdaşımız Azərbaycanla bu gün qurduğumuz əlaqələrdən irəli gələrək, müsbət gözləntilərimiz var. Gözləməli və bu prosesi izləməliyik” -deyə Nikoloz Samxaradze açıqlayıb.