Nikoloz Samxaradze Çili Deputatlar Palatasının sədri ilə görüşdü
Nikoloz Samxaradze Çili Deputatlar Palatasının sədri ilə görüşdü

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Çili Deputatlar Palatasının sədri Vlado Miroseviç Verduqo ilə görüşdü.

Tərəflər ikitərəfli parlament əlaqələrinin inkişafı, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün Gürcüstanın və ümumilikdə Cənubi Qafqazın təhlükəsizliyinə təsirini müzakirə ediblər.

Görüşdə həmçinin iqtisadi əməkdaşlıq və parlament təcrübəsinin mübadiləsi məsələləri müzakirə olunub.

“Qeyd edək ki, Çilidə konstitusiyaya dəyişikliklər prosesi gedir və Çili Deputatlar Palatasının sədri Gürcüstanın prezident respublikasından parlament respublikasına keçid təcrübəsi ilə maraqlanıb”, – deyə Nikoloz Samxaradze bildirib.

Xarici Əlaqələr Komitəsinin sədri Deputatlar Palatasının sədrini Gürcüstana rəsmi səfərə dəvət edib.

Çiliyə səfəri çərçivəsində Nikoloz Samxaradze Çili Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı olub. O, Gürcüstanın xarici siyasətinin prioritetlərindən danışıb, ölkənin vergi və biznesin inkişafı, eləcə də dövlət xidmətlərinin inkişafı sahəsində həyata keçirdiyi islahatları vurğulayıb.

“Komitənin iclasında müxtəlif partiyaların üzvləri qeyd ediblər ki, Gürcüstanın BMT-də irəli sürdüyü qətnamələri dəstəkləyən Çili gələcəkdə də bu dəstəyi davam etdirəcək və Gürcüstanın Çiliyə ümidi olmalıdır, çünki o Cənubi Amerikada möhkəm, etibarlı tərəfdaş olacaq, ”, – Nikoloz Samxaradze bildirib.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayıb.