Nikoloz Samxaradze - Belarus hakimiyyətini Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıram
Nikoloz Samxaradze - Belarus hakimiyyətini Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırıram

 

Mən Belarus hakimiyyətini Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə, beynəlxalq hüququn fundamental prinsiplərinə birbaşa zidd olan bu cür hərəkətləri dayandırmağa çağırıram -bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və ATƏT-in Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze açıqlayıb .

ATƏT-in Parlament Assambleyasının qış sessiyası çərçivəsində keçirilən üç komitənin birgə iclasında çıxış edən Nikoloz Samxaradze bu həftə Belarus rəsmiləri ilə Abxaziyanın de-fakto hökumətinin nümayəndələri arasında keçirilən görüşü pisləyib.

“Gürcüstan rəhbərliyi abxazlarla görüşlərə niyə belə kəskin reaksiya verir ? Ola bilsin ki, bu görüşlər abxaz və gürcü xalqları arasında dostluğa xidmət edir”-deyə Belarus Prezidenti bu barədə Minskdə, işğal altındakı Abxaziyanın dırnaq arası lideri Aslan Bjania ilə keçirilən görüşdə açıqlayıb.

Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.