Nikoloz Samxaradze - Avropa yolunda daha bir dönüş nöqtəsi, Aİ-yə namizəd ölkə statusunu alacağımızı gözləyirik
Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Gürcüstan tərəfindən Aİ-nin sorğu vərəqəsinin ikinci hissəsinin tamamlanmasına münasibət bildirir.
Samxaradzenin “Twitter” sosial şəbəkəsində də yazdığı kimi, bu Gürcüstanın Avropa yolunda daha bir dönüş nöqtəsidir. Onun sözlərinə görə, Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu alacağını gözləyir.
“Gürcüstanın Avropa yolunda daha bir dönüş nöqtəsi. Bu gün Gürcüstan hökuməti sorğunun ikinci hissəsini Aİ Nümayəndəliyinə təqdim etdi. Biz tezliklə Aİ-yə namizəd ölkə statusu alacağımızı gözləyirik” -deyə Nikoloz Samxaradze yazır.
Gürcüstanın baş naziri İrakli Ğaribaşvili, Hökumət Administrasiyasında , Avropa Komissiyasının sorğu vərəqəsinin ikinci hissəsini Aİ-nin Nümayəndəliyinin rəhbəri Karl Hartselə təqdim edib.