Nikoloz Samxaradze Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen ilə görüşdü
Nikoloz Samxaradze Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayen ilə görüşdü

ABŞ-a rəsmi səfəri çərçivəsində Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və nümayəndə heyətinin üzvləri Avropa və Avrasiya məsələləri üzrə ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Brayen ilə, Coşua Hukla və ABŞ Dövlət Departamentinin Avropa Məsələləri Bürosunun Qafqaz bölməsinin direktoru Mark Kemeron ilə görüşdü.

Parlamentin mətbuat xidmətindən verilən məlumata əsasən, tərəflər Gürcüstan-ABŞ münasibətlərini, Gürcüstanda keçirilməsi planlaşdırılan parlament seçkilərini və seçkiqabağı mühiti, ölkənin daxili siyasətindəki cari prosesləri, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini və Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmasının əhəmiyyətini müzakirə etdilər.

Onların məlumatına əsasən, söhbət zamanı həmçinin, iyulda keçirilməsi planlaşdırılan NATO-nun Vaşinqton sammitinə və bununla bağlı məsələlərə toxunulub.

Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin nümayəndə heyəti Vaşinqtonda rəsmi səfərdədir. Nümayəndə heyətinin tərkibinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Xarici Əlaqələr Komitəsinin sədr müavini Davit Zilpimiani və Xarici Əlaqələr Komitəsinin üzvü Ramaz Nikolaişvili daxildir.