Nikoloz Samxaradze Avropa İttifaqının 11 ölkəsinin diplomatik missiyalarının nümayəndələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib
Nikoloz Samxaradze Avropa İttifaqının 11 ölkəsinin diplomatik missiyalarının nümayəndələri ilə təhlükəsizlik məsələlərini müzakirə edib

 

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Avropa İttifaqının diplomatik missiyasının nümayəndələri ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşün əsas mövzusu regional təhlükəsizlik məsələləri, Ukrayna ətrafında cərəyan edən hadisələr və Rusiyanın atdığı aqressiv addımlar olub.

Nikoloz Samxaradzenin sözlərinə görə, cari proseslərə beynəlxalq tərəfdaşların cəlb edilməsi vacibdir, çünki Rusiyadan gələn təhdidlər hər gün artır. Əgər Rusiya Ukraynanı işğal etmək qərarını versə, bu, təkcə Ukraynaya deyil, həm də bizim ölkənin gələcəyinə ciddi təsir göstərəcək.

Xarici Əlaqələr Komitəsinin sədri Gürcüstanın Cənubi Qafqazda sülh prosesində mühüm rol oynadığını vurğulayıb. O, həmçinin 3+3 adlanan formatdan danışıb və Gürcüstanın niyə bu formatda iştirak etmədiyini avropalı diplomatlara izah edib.

Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərində, Abxaziya və Sxinvali bölgələrindəki mürəkkəb vəziyyət müzakirə olunub.

Diplomatik korpusun nümayəndələri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də Gürcüstanın Avropa İttifaqına inteqrasiyasını tam dəstəklədiklərini bir daha təsdiqləyiblər. Tərəflər oxşar görüşlərin gələcəkdə də davam etdiriləcəyi barədə razılığa gəliblər.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.