Nikoloz Samxaradze - ATƏT Parlament Assambleyasının səfəri vəziyyəti qiymətləndirmək və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması imkanlarını araşdırmaq üçün çox vaxtında oldu
Nikoloz Samxaradze - ATƏT Parlament Assambleyasının səfəri vəziyyəti qiymətləndirmək və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması imkanlarını araşdırmaq üçün çox vaxtında oldu

ATƏT Parlament Assambleyasının prezidentinin və nümayəndə heyətinin Gürcüstana və bütövlükdə regiona səfərinə görə minnətdarlığımı bildirmək istərdim. Bu, vəziyyəti qiymətləndirmək və Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması imkanlarını öyrənmək üçün çox vaxtında edilən səfər idi, – deyə Gürcüstan parlamentinin xarici əlaqələr üzrə sədri Nikoloz Samxaradze İrəvanda ATƏT Parlament Assambleyasının iclasında çıxışı zamanı bildirib.

Samxaradzenin qeyd etdiyinə əsasən, ATƏT nümayəndələrinin Rusiyanın işğalı nəticəsində məcburi köçkünlərin məskunlaşdığı yerləri görmələri və işğal xəttinə baş çəkmələri vacib idi.

Onun sözlərinə görə, regionda davamlı sülhün bərqərar olması üçün Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarında vasitəçi rolunu oynamağa hazırdır.

“ATƏT-in işğal xəttinə baş çəkməsi, Rusiyanın işğalı səbəbindən 15 ildən artıqdır ki, bəzilərinin isə 30 ildən artıqdır ki, öz evlərinə qayıtmaq imkanı olmayan məcburi köçkünlərin yaşayış məntəqələrinə baş çəkməsi çox vacib idi. Onu da qeyd etmək istərdim ki, Gürcüstan Ermənistanla Azərbaycan arasında sülh danışıqlarını asanlaşdırmağa hazırdır. Biz öz köməyimizi təklif etməyə hazırıq, danışıqlar yeri kimi onlara Tbilisini təklif etməyə hazırıq. Ümid edirik ki, hər iki tərəfin açıq və rəsmi şəkildə ifadə etdiyi iradə ilə yaxın aylarda iki qardaş qonşu xalqımız arasında davamlı sülhün bərqərar olmasını qeyd edəcəyik. Belə ki, bizim tərəfdən Gürcüstan yardıma hazırdır”, – Nikoloz Samxaradze bildirib.