Nikoloz Samxaradze ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri seçilib
Nikoloz Samxaradze ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri seçilib

 

ATƏT-in Parlament Assambleyasının illik sessiyasında, Gürcüstan parlamentinin ATƏT-in PA-dakı daimi nümayəndə heyətinin rəhbəri və Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin sədri seçilib.

Gürcüstan parlamentinin mətbuat xidməti assambleyanın tərkibində üç komitənin fəaliyyət göstərdiyini və müvafiq olaraq sözügedən komitənin assambleyanın ən mühüm formatlarından birini təmsil etdiyinə dair məlumat yayır.

Verilən məlumatda, Nikoloz Samxaradzenin komitə sədri vəzifəsinə seçilməsilə həm də assambleyanın əsas qərar qəbuledici orqanına – büroya üzv olduğu deyilir. Nikoloz Samxaradzedən başqa sədr postuna Avropa Xalq Partiyasının nümayəndəsi Kiriakos Hacianisin namizədi irəli sürülmüşdü.

ATƏT-in Parlament Assambleyasının illik sessiyası Böyük Britaniyanın Birminqhem şəhərində keçirilir.