Nikoloz Samxaradze - ATƏT/DTİHB heç bir ölkənin seçkiləri üçün azad və ədalətli ifadələrdən istifadə etmir, eyni yanaşma Gürcüstana da şamil olunur
Nikoloz Samxaradze - ATƏT/DTİHB heç bir ölkənin seçkiləri üçün azad və ədalətli ifadələrdən istifadə etmir, eyni yanaşma Gürcüstana da şamil olunur

ATƏT/DTİHB heç bir ölkənin seçkilərinə yönəlik azad və ədalətli ifadələrdən istifadə etmir, eyni yanaşma Gürcüstana da şamil olunur, – bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze sosial şəbəkədə yazır.

“Mən ATƏT-ə üzv olan ondan çox ölkədə, o cümlədən ABŞ və Avropa İttifaqına üzv olan dövlətlərdə seçkiləri müşahidə etmişəm. Seçkilərin heç biri ATƏT/DTİHB tərəfindən azad və ədalətli kimi qiymətləndirilməyib. Niyə? Çünki ATƏT/DTİHB bu terminlərdən istifadə etmir. Müvafiq olaraq, eyni yanaşma Gürcüstana da şamil olunur”, – Nikoloz Samxaradze yazır.