Nikoloz Samxaradze - alternativ proses üç müxalifət partiyasının alternativ reallıqda yaşadığını təsdiqləyir
Alternativ proses üç müxalifət partiyasının alternativ reallıqda yaşadığını təsdiqləyir-bu barədə Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib . Samxaradze Avropa Komissiyasının rekomendasiyalarının yerinə yetirilməsi ilə bağlı müxalifət tərəfindən paralel prosesin başladılmasına və işçi qrupların yaradılmasına münasibət bildirib.
“Hakim partiya tərəfindən artıq digər müxalifət partiyaları, qeyri-hökumət təşkilatları və maraqlı şəxslərin iştirakı ilə prosesə başlanılması şəraitində, parlamentdə səslərin 1/3-nə sahib olmayan üç müxalifət partiyasının hansısa prosesə necə başlaya biləcəyi anlaşılmazdır. Bütün bunlar hakimiyyətin yürütdüyü iş prosesini gözdən salmaq cəhdidir. İş prosesinə qoşulmayanların hamısı Gürcüstanın namizəd statusu almayacağına, qoşulanlar isə Gürcüstanın namizəd statusu alacağına mərc qoyurlar.
Texniki hökumət tələbi elə bir cəfəngiyyat idi ki, məncə bunu özləri də başa düşdülər və boş-boş danışmağı bir kənara qoydular. Avropalı parlamentarilər onlara çox açıq və aydın şəkildə bildirdilər ki, onlar işçi qruplara qoşulmalı, daha sonra komitə və plenar iclaslarda iştirak etməlidirlər. Minlərlə çağırışa baxmayaraq, heç 2020-ci ildən sonra da proseslərə qoşulmurdular, lakin yekun nəticənin nə olduğunu da xatırlayırıq. Bu insanlar öz səhvlərindən nəticə çıxara bilmirlər, müvafiq olaraq onların işçi prosesinə qoşulub-qoşulmamaları öz ixtiyarındadır” – deyə Samxaradze bildirib.