Nikoloz Samxaradze Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri ilə görüşüb
Nikoloz Samxaradze Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri ilə görüşüb

 

Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri Mixail Rot ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən verilən məlumatda Gürcüstanın Avropa İttifaqına inteqrasiyası, Avropa İttifaqının 12 tövsiyəsinin icrası və bununla bağlı aparılan islahatların görüşün əsas mövzuları olduğu deyilir.

“Tərəflər ilin sonunda Gürcüstana namizəd statusunun verilməsinin vacibliyindən danışıblar. Diqqət Gürcüstanın üzləşdiyi təhlükəsizlik çağırışlarına və bu çağırışların aradan qaldırılmasında Aİ tərəfindən yardımının göstərilməsi imkanlarına yönəldilib.

Görüş zamanı ölkədəki daxili siyasi vəziyyət də müzakirə olunub. Xüsusilə xarici siyasi məsələlər gündəmdə olarkən iqtidar-müxalifət əməkdaşlığının zəruriliyi vurğulanıb.

Tərəflər iki ölkə arasında mövcud əməkdaşlıq və parlament əlaqələrinin möhkəmləndirilməsi imkanlarını müzakirə ediblər.

Söhbət zamanı ticarət-iqtisadi əlaqələrin gücləndirilməsi perspektivlərinə toxunulub”- deyə parlamentin mətbuat xidmətinin məlumatında qeyd olunub.