Nikoloz Samxaradze - Əgər bu gün namizəd statusu ilə bağlı qərar qəbul edilsəydi, müsbət olardı, amma qarşıda hələ beş ay var və çox şey qlobal vəziyyətdən asılı olacaq
Nikoloz Samxaradze - Əgər bu gün namizəd statusu ilə bağlı qərar qəbul edilsəydi, müsbət olardı, amma qarşıda hələ beş ay var və çox şey qlobal vəziyyətdən asılı olacaq

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirir ki, əgər Avropa İttifaqı Gürcüstana namizəd statusunun verilməsi barədə bu gün qərar versəydi, bu, müsbət qərar olardı.

Onun sözlərinə əsasən, qarşıda hələ beş ay var və çox şey qlobal vəziyyətdən asılıdır.

“Əgər bu gün qərar verilməli olsaydı, müsbət qərar olardı. Baxmayaraq ki, qarşıda hələ beş ay var, bu, ümumiyyətlə, siyasətdə həddən artıq çoxdur. Çox şey qlobal vəziyyətdən asılı olacaq. Həmçinin Ukraynada hansı inkişafın olacağından aslıdır. Ona görə də mən beş ay üçün proqnoz verə bilmərəm”, – deyə Samxaradze bildirib.