Nikoloz Qaqua Milli Bankın Şurası üzvü vəzifəsindən istefa verir.
Bu barədə o, Gürcüstanın Birinci Kanalına açıqlayıb.
Nikoloz Qaqua Milli Bankın Şurası üzvü vəzifəsindən istefa vermək üçün artıq ərizə yazdığını bildirib.
Bu gün Gürcüstan Milli Bankının vitse-prezidentləri vəzifəsini Papuna Lejava və Arçil Mestvirişvili də tərk ediblər.
Milli Bank haqqında üzvi qanuna əsasən, Milli Bankın Şurasında ümumilikdə doqquz üzv var, hərçənd hazırda o yeddi nəfərdən ibarət idi, onlardan dörd vəzifə icraçı şəxslər – prezident səlahiyyətlərini icra edən və üç vitse-prezident tərəfindən tutulmuşdu. Qanuna əsasən, şura üzvlərinin sayı beşdən azdırsa, şuranın hüquqi qabiliyyəti yoxdur.