Nikoloz Çxetiani - "Kartu Fondu" paytaxta növbəti hədiyyəsini etdi, "Laquna Vere"nin ərazisini verdi, bu, misli görünməmiş növbəti xeyriyyə əməlidir
“Kartu Fondu” paytaxta növbəti hədiyyəsini etdi-bu barədə “Kartu Fondu”nun idarə heyətinin sədri Nikoloz Çxetiani açıqlayıb.
Nikoloz Çxetianinin qeyd etdiyi kimi, “Laquna Vere”nin keçmiş açıq hovuzunun ərazisi “Kartu Fondu”nun qərarı ilə Tbilisi Munisipalitetinə veriləcək.
“Bu, misli görünməmiş növbəti xeyriyyə əməlidir. Bildiyiniz kimi, adıçəkilən ərazinin dəyəri bir neçə on milyonlarla laridir. Çünki, Tbilisi cəmiyyətində bu sahəyə böyük maraq var. Fond onu şəhərə pulsuz vermək qərarına gəlib, şəhər isə öz növbəsində sözügedən ərazini inkişaf etdirəcək və abadlaşdıracaq” – deyə Nikoloz Çxetiani açıqlayıb.