Nikoloz Basilaşvilinin vəkili-Basilaşvili  əməlini  etiraf etmir,çünki zorakılıq faktı baş verməyib
Nikoloz Basilaşvilinin vəkili-Basilaşvili  əməlini  etiraf etmir,çünki zorakılıq faktı baş verməyib

 

 

Nikoloz Basilaşvilinin vəkili,Malxaz Salağaianın sözlərinə görə, Basilaşvili  əməlini  etiraf etmir,çünki zorakılıq faktı baş verməyib.

Bununla yanaşı,vəkilin də qeyd etdiyi üzrə, işlə bağlı ifadədə,Basilaşvilinin sabiq həyat yoldaşına qarşı zorakılıq törətməsi heç yerdə yazılmayıb.

″Nikoloz Basilaşvili  əməlini  etiraf etmir,çünki zorakılıq faktı baş verməyib.Basilaşvili övladı ilə birlikdə öz ailəsində imiş və onun sabiq həyat yoldaşı oraya gedib,özünün də qeyd etdiyi kimi bunları təşkil edib.Uşağın əlindən tutaraq,atasından ayırması isə faktdır. Heç bir fiziki qarşıdurma yaşanmayıb.İfadədə,atanın anaya qarşı zorakılıq törətməsi heç yerdə yazılmayıb″-deyə Malxaz Salağaia bildirib.

İstintaq Nikoloz Basilaşvilini   sabiq həyat yoldaşına qarşı zorakılıq etməkdə ittiham edir.Nikoloz Basilaşvili barəsində 100 000 lari miqdarında girov hökmü  verilib.

 

Hazırladı-Sevinc Mustafayeva