Nikoloz Basilaşvili “Verona Challenger” turnirinin yarımfinalında yarışacaq
Gürcüstanlı tennisçi Nikoloz Basilaşvili İtaliyada, Verona şəhərində keçirilən “Challenger” turnirində uğurla çıxışını davam etdirir.
Püşkatmanın 1/4 finalında Basilaşvili dünyanın 112-ci tennisçisi hollandiyalı Yesper de Yonquyu üç setdə 6:4, 4:6, 6:1 hesabı ilə məğlub edib.
Qeyd etmək lazımdır ki, Nikoloz Basilaşvili bu qələbə ilə reytinqdə 27 mövqe ilə irəliləyib və 372-ci yer tutur.
Verona turnirinin yarımfinalında gürcü tennisçinin rəqibi litvalı Qaubas və boliviyalı Delien arasında qalib gələcək.