Nikolas Senderoviç - Avropa İttifaqına üzv 27 ölkənin liderinin Avropa Komissiyasının tövsiyəsi ilə razılaşacağına ümid edirik, Gürcüstan namizəd ölkə olmağa layiqdir
Avropa İttifaqına üzv 27 ölkənin liderinin Avropa Komissiyasının tövsiyəsi ilə razılaşacağına ümid edirik, Gürcüstan namizəd ölkə olmağa layiqdir- Avropa İttifaqının Gürcüstandakı Nümayəndəliyinin inkişaf və əməkdaşlıq şöbəsinin rəhbəri Nikolas Senderoviç bu barədə açıqlama verib.
O, Avropa Komissiyasının Gürcüstanın yerinin harada olduğunu hərtərəfli qiymətləndirdiyini və Gürcüstana namizəd ölkə statusunun verilməsini tövsiyə etdiyini bildirib.
“Avropa Komissiyası bu tövsiyəni dəstəkləyir, lakin bu, sadəcə tövsiyədir. İndi 27 üzv dövlət Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı qərar verməlidir, bu da bir həftə sonra Avropa Şurasında baş tutacaq. Ümid edirik ki, liderlər Avropa Komissiyasının tövsiyəsi ilə razılaşacaqlar – Gürcüstan namizəd ölkə olmağa layiqdir”- deyə Nikolas Senderoviç bildirib.