Nikolas Maduro öz hakimiyyətini qorumaq üçün hər şeyi edəcəyini bildirir
Nikolas Maduro öz hakimiyyətini qorumaq üçün hər şeyi edəcəyini bildirir

 
Artan tənqidlərə baxmayaraq, Venesuelanın Prezidenti öz hakimiyyətini qorumaq üçün hər şeyi edəcəyini bildirir. Bu haqda məlumatı “Guardian” yayır. Nikolas Maduro, iyulun 28-dən sonra 2000-dən çox insanın saxlanıldığını deyib. Hüquq müdafiəçiləri isə 22 nəfərin öldüyünü bildirirlər.

Venesuelanın Prezidenti hərbçilərlə görüşündə eləcə də son zamanlarda ona münasibətdə səslənən tənqidlərdən danışıb və Avropa İttifaqında verilmiş bəyanatlara münasibət bildirib.

“Avropa İttifaqı biabırçıdır” – Maduro deyib.

Maduronun dediyi kimi, Venesuelada dövlət çevrilişinə cəhdə qarşıdır.

Venesuelanın Prezidenti eləcə də rəqiblərini tənqid edib. Maduro onları çirkli siçovullar və şər qüvvələr adlandırıb. Həmçinin, Adolf Hitler, Benito Mussolini və Fransisko Franko ilə müqayisə edib.

“Mən heç vaxt vaz keçməyəcəyəm” – Maduro deyib.