Nikolas Maduro – Elektron cihazları hədiyyə kimi qəbul etməyin, telefonunuzla diqqətli olun, Livanda baş verənləri görmüsünüzmü

15:32, 21.09.2024

Venesuela medianın yazdığına görə, ölkə prezidenti Nikolas Maduro vətəndaşları elektron cihazları hədiyyə olaraq almamağa çağırıb.

Maduro bu barədə Livanda peycerlərin və digər rabitə vasitələrinin partlamasından sonra açıqlama verib.

“Mən adətən kitablar verirəm… və ya Venesuela qəhvəsi, şirniyyat qoyduğum əl istehsalı taxta sandıqlar. Elektron cihazları hədiyyə kimi qəbul etməyin, telefonunuza diqqətli olun, Livanda baş verənləri görürsünüz”. – Maduro dedi.

Məlumat üçün bildirək ki, sentyabrın 17 və 18-də Livanın müxtəlif ərazilərində rabitə vasitələri, o cümlədən peycerlər partlayıb. Rəsmi məlumatlara görə, 37 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Minlərlə cihazın eyni vaxtda partlamasına nəyin səbəb olduğu hələlik məlum deyil. Hizbullah, Livan və İran səlahiyyətliləri hadisədə İsraili günahlandırıb. İsrail hakimiyyəti hələlik partlayışlarla əlaqəni nə təsdiq, nə də təkzib edib.

Oxşar