Nikola Sarkozi bildirir ki, Vladimir Putin 2008-ci ildə Gürcüstanda günahkar olub, bu gün isə Ukraynada günahkardır
Nikola Sarkozi bildirir ki, Vladimir Putin 2008-ci ildə Gürcüstanda günahkar olub, bu gün isə Ukraynada günahkardır

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin sözlərinə görə, 2008-ci il müharibəsində Vladimir Putin günahkar olub.

“Avropa ilə Rusiya arasında münasibətlər məsələsi əsrlərə dayanan və bizim bir çox nəslimizi əhatə edən bir məsələdir. Mən bilirəm ki, Vladimir Putin Gürcüstanda günahkar idi və bu gün Ukraynada günahkardır”, – Sarkozi yerli mətbuata müsahibəsində bildirib.

Fransanın keçmiş prezidenti ötən həftə “Figaro” jurnalında Ukraynadakı müharibə ilə bağlı açıqlamaları ilə bağlı yaranan sualları cavablandırıb. Sarkozi “Figaro”ya müsahibəsində qeyd edib ki, Ukraynada müharibəni dayandırmağın yeganə yolu diplomatiyadan keçir. Onun sözlərinə görə, “Rusiya Avropanın qonşusudur və anlaşılmazlıqlara baxmayaraq, Avropa və Rusiyanın bir-birinə ehtiyacı var”.

Fransa mətbuatı yazır ki, son bir neçə gündə sabiq dövlət başçısı bu açıqlamalarına görə tənqid hədəfinə çevrilib. Fransa siyasətçiləri Nikola Sarkozini Rusiyaya və Vladimir Putinə qarşı yumşaq davranmaqda ittiham ediblər.