Nikol Paşinyan - Türk Silahlı Qüvvələri Qarabağ münaqişəsinə birbaşa qoşulublar
Türk Silahlı Qüvvələri Qarabağ münaqişəsindəki hərbi əməliyyatlara birbaşa qoşulublar, – bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan The Globe and Mail – agentliyi ilə müsahibədə verib.
Paşinyan deyir ki, Türkiyənin müttəfiqləri olan NATO ölkələri izah etsinlər, niyə Qarabağ kəndləri F-16 ilə bombalanır və dinc ahali öldürülür.
Paşinyan qərb ölkələrinə müraciət edir ki, Türkiyəyə silah satmaq məsələsini yenidən gözdən keçirsinlər.
Paşinyan bəyan edir ki, Türkiyənin bu hərəkəti beynəlxalq ictimaiyyətin müzakirə mövzusu olmalıdır.