Nikol Paşinyanla Donald Tramp arasında telefon danışığı olub
Ermənistanın baş naziri Nikol Paşinyan və Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Məlumatı Ermənistan mediasi baş nazirin mətbuat xidmətinə istinadən yayıb.
Mətbuatın yazdığına görə, telefon danışığı zamanı Ermənistanın baş naziri Donald Trampı seçkilərdəki qələbəsi münasibətilə təbrik edib və Ermənistan-ABŞ münasibətləri barədə məlumat verib. Həmçinin regional gündəliyə aid məsələlər müzakirə olunub.