Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərlə gəlib.
Gürcüstanın İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, qonağı Batumi Beynəlxalq Hava Limanında Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb.
Ermənistanın Baş nazirinin qarşılanma mərasimində Acara hökumətinin sədri Tornike Rijvadze də iştirak edib.
Nikol Paşinyanı müşayiət edən nümayəndə heyətinə Ermənistan hökumətinin yüksək rütbəli nümayəndələri daxildir.
Səfər çərçivəsində Gürcüstan və Ermənistan baş nazirlərinin həm təkbətək, həm də geniş formatda görüşləri planlaşdırılır.