Nikol Paşinyanın dediyinə görə, nəqliyyat əlaqələrinin açılması ilə, regionun inkişaf logikası tamamən dəyişiriləcək
Nikol Paşinyanın dediyinə görə, nəqliyyat əlaqələrinin açılması ilə, regionun inkişaf logikası tamamən dəyişiriləcək

Ermənistanın baş naziri Nikol Paşinyanın bəyan etdiyinə görə, nəqliyyat əlaqələrinin açılması ilə, regionun inkişaf logikası tamamən dəyişiriləcək.

Bu barədə bəyanatı Paşinyan rus medyasına müsahibəsi zamanı verib.

Paşinyanın şərhi noyabrın 9-da, Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistanın baş naziri tərəfindən qoyulan razılaşmanın bir maddəsi ilə bağlı idi.

Maddə regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpasını nəzərdə tutur.

Maddələrdən biri Naxçıvan muxtar respublikasını Azərbaycanla bağlayan dəhlizin açılmasını nəzərdə tutur.

Məlum olduğu kimi, onları birləşdirən dəhlizi Rusiya Federal Təhlükəsizlik xidməti qorumalıdır.

“Regionda stabilizasiya haqqında danışırıqsa, onda konkret addımlar atmalıyıq. Bu siyasi razılaşmadır, hansı ki, nəqliyyat komuniksiyalarının açılmasını nəzərdə tutur və bu da regionun inkişaf logikasını tamamən dəyişə bilər”, – dedi Nikol Paşinyan.

Paşinaynın dediyinə görə, o ümid edir ki, dəmir yolları xəttinin və digər infrastrukturun blokdan açılması mümkün olacaq.