Nikol Paşinyanın bəyanatına görə Belarus Yerevandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb
Nikol Paşinyanın bəyanatına görə Belarus Yerevandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb

 
Ermənistan səfirliyinin nümayəndəsi Belarusun Xarici İşlər Nazirliyinə çağırılıb və Nikol Paşinyanın bəyanatı ilə bağlı izahat tələb edilib. Bu haqda erməni mediası Belarusun Xarici İşlər Nazirliyinin sözçüsü Anatoli Qlaza istinadən məlumat yayır.

Onun verdiyi məlumata əsasən, Belarus Yerevandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

“Ermənistan səfirliyinin nümayəndəsi bu məsələni bizə izah etməyə çalışması üçün bu gün Xarici İşlər Nazirliyinə çağırılıb. Vəziyyətin inkişafını nəzərə alaraq, Yerevandakı səfirimiz Minskə gələcək” – deyə Qlaz açıqlayıb.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib ki, Belarusun Prezidenti Aleksandr Lukaşenko olduğu müddətcə bu ölkəyə bir daha heç vaxt səfər etməyəcək.