Nikol Paşinyan və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı münasibətlərin normallaşdırılmasını müzakirə ediblər
Ermənistanın baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
Məlumatı Ermənistanın baş nazirinin administrasiyası yayır.
Administrasiyadan verilən məlumata görə, dövlət başçıları ölkələr arasında münasibətlərin tənzimlənməsi üzrə ikitərəfli prosesin vacibliyini vurğulayıblar və bu da regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.
Ermənistan baş nazirinin administrasiyasının məlumatına görə, bu kontekstdə liderlər iyulun 1-də iki ölkənin xüsusi nümayəndələrin görüşlərində razılaşdırılmış məsələlərin tezliklə həyata keçiriləcəyi ilə bağlı ümidvar olduqlarını bildiriblər.
Bununla yanaşı, Ermənistanın administrasiyasının yaydığı bəyanata əsasən, Ermənistanın baş naziri Türkiyə liderini Qurban bayramı münasibətilə təbrik edib, Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində Ermənistanın baş nazirini qarşıdan gələn Vardavar bayramı münasibətilə təbrik edib.