Nikol Paşinyan - Türkiyə öz mövqeyini dəyişməsə Azərbaycan müharibəyi dayandırmayacaq
Nikol Paşinyan - Türkiyə öz mövqeyini dəyişməsə Azərbaycan müharibəyi dayandırmayacaq

Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edir ki, Azərbaycan hərbi əməliyyatlarını ancaq Dağlıq Qarabağla bağlı Türkiyənin mövqeyi dəyişdiyi halda dayandıracaq.

Bu barədə bəyanatı Nikol Paşinyan “Royter” agentliyi ilə müsahibə zamanı verdi.

“Mən əminəm ki, Türkiyənin mövqeyinin dəyişmədiyi təqdirdə, Azərbaycan mübarizəyi dayandırmayacaq” – dedi Paşinyan.

Ermənistanın baş nazirinin dediyinə görə, Moskva danışıqlarına qədər Türkiyə açıq şəkildə bəyan etdi ki, Azərbaycan hərbi hərəkətlərə havam etməlidir.

Paşinyanın bəyanatına görə, Moskvada atəşkəs razılaşması qoyulduqdan sonra, Türkiyənin Xarici İşlər Naziri Azərbaycanlı həmkarı ilə telefonla danışdı.

Paşinyanın dediyinə görə, o zəngin məqsədi tapşırıq vermək idi ki, Azərbaycan müharibəyə davam etsin.

“Türkiyə Cənubi Qafqaza gəlib, Aralıq dənizində, Yunanistan və Kiprə qarşı apardığı siyasəti aparmaq istəyir, və yaxud Suriyədə, Libyada və İraqdaki kimi. Bu ekspansionist siyasətidir” – dedi Paşinyan müsahibə zamanı.

Onun dediyin görə, “problem odur ki, Cənubi Qafqazda ekspansionist siyasəti yolunda  yeganə maneə Ermənistandır”.

“Bütün Cənubi Qafqaz Suriyə olacaq. Bu atəş və qaynar nöqtələr tez zamanda, bütün regiona yayılacaq” – dedi Nikol Paşinyan.