Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına görə, münaqişələrin tənzimlənməsi üçün sülh danışıqlarından başqa alternativ yoxdur.
“Münaqişələrin tənzimlənməsi üçün sülh danışıqlarından başqa alternativ yoxdur. Ancaq sülh danışıqları regionumuzun əhalisinin maraqlarına daxildir” – bu barədə bəyanatı Nikol Paşinyan Minskdə Avrasiya iqtisadi ittifaqının forumundaki iclasda verdi.
Paşinyanın dediyinə görə, Azərbaycan bu pandemiya müddətində, silahlı münaqişənin dayandırılması ilə bağlı müraciətləri iqnor edir.
“Ermənistan silahlı qüvvələri Azərbaycan tərəfindən edilən provokasiyaları reaksiyasız qoya bilməzdi. Təəssüf ki, provokasyalar davam edir və bu da vəziyyətin daha da gərginləşməsinə səbəb olur” – dedi Paşinyan.