Nikol Paşinyan - Rusiyanın Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası-delimitasiyası ilə bağlı təklifləri bizim üçün məqbul idi və məqbul olaraq qalır
“Dünən parlamentdə hökumət saatında elan etdim ki, 2021-ci ilin may ayından Rusiya Federasiyası Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası-delimitasiyası ilə bağlı üç təklif təqdim edib və hər üç təklif bizim üçün məqbul olub və qalır”, – Ermənistan baş naziri deyib.
“Mənim dünənki bəyanatımdan sonra Rusiya Müdafiə Nazirliyi demarkasiya və delimitasiya ilə bağlı hazırlıq mərhələsi ilə bağlı təkliflə çıxış edib. Mən təsdiq etmək istəyirəm ki, bu təkliflər bizim üçün məqbuldur”, – Paşinyan bildirib.
Hökumət başçısı həmçinin ölkənin müdafiə nazirindən rusiyalı həmkarı ilə təfərrüatları dəqiqləşdirməyi xahiş edib və rəsmi Yerevan bu təklifi Kremlin təklifləri çərçivəsində və onun əsasında həyata keçirməyə çalışacaq.