Nikol Paşinyan rezervistlərə müraciət etdi - Bugün vətənimizin hər birimizə ehtiyacı var
Nikol Paşinyan rezervistlərə müraciət etdi - Bugün vətənimizin hər birimizə ehtiyacı var

Bugün vətənimizin hər birimizə ehtiyacı var, – bu bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişə zonasında, cəbhə xəttinə rezervistləri yola salırkən verdi.

Ermənistanın “Nyus.am” agentliyinin məlumatına görə, rezervistlərə müraciət edərkən, Ermənistanın baş naziri yadına saldı ki, öz övladlarının, qonşuların övladlarının və bütün ölkə miqyasındaki uşaqların sülh səması altında yaşaması üçün,  2016-cı ildə, könüllülər dəstəsi ilə bərabər, o da Qarabağa rezervist olaraq, getmişdi.

“Qardaşlar, sizinlə söhbət edərkən, çox istəyərdim ki deyəm ki, vətənə artıq sizin hərbi xidmətiniz lazım deyil. Amma biz bugün burdayıq, çünki bugün vətənimizin hər birimizə ehtiyacı var. Evinizdən kilometrələrlə uzaqda, siz əslində uşaqlarınızın yataqlarının başında, məktəblərinin qabağında  keşikçilik edib, onları qoruyursunuz” – dedi Ermənistan iqtidarının başçısı.

Tanınmamış Dağlıq Qarabağın sözdə administrasiyasının məlumatına görə, Azərbaycan ordusu Stepanakert şəhərinə və digər yaşayış məntəqələrinə raket zərbələri endirib.

Yerevanda bəyan edirlər ki, Azərbaycan ordusunun bir neçə uçan obyektini neytrallaşdırıblar.