Nikol Paşinyan Racada baş vermiş təbii fəlakətlə əlaqədar İrakli Ğaribaşviliyə başsağlığı verir - bu çətin anda qardaş gürcü xalqının dərin kədərini bölüşürük
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Ğaribaşviliyə Racada baş verən təbii fəlakətlə bağlı başsağlığı verib. Müvafiq məlumatı Ermənistan mətbuatı yayıb.
“Gürcüstanın Raca bölgəsində insanların ölümünə və dağıntılara səbəb olan təbii fəlakət məni dərindən sarsıtdı. Erməni xalqı və Ermənistan hökuməti adından, eləcə də şəxsən öz adımdan Sizə və qardaş gürcü xalqına başsağlığı verir və dəstəyinizi bildirirəm. Bu çətin anda biz qardaş gürcü xalqının dərin kədərini bölüşürük”, – Paşinyan bildirib.
Avqustun 3-də Şovidə sürüşmə baş verib. Hazırda mövcud olan rəsmi məlumata görə, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub.