Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı referendum haqda söhbətin erkən olduğunu hesab edir
Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı referendum haqda söhbətin erkən olduğunu hesab edir

 
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avropa İttifaqına üzv olması ilə bağlı referendum haqda söhbətin erkən olduğunu hesab edir

“Avropa Parlamentinin tribunasından çıxış edərkən bildirdim ki, Ermənistan Avropa İttifaqının mümkün hesab etdiyi qədər Aİ ilə olmağa hazırdır. Ermənistan əhalisinin bu fikri bölüşmədiyini düşünsəydim, mən belə bir bəyanat verməzdim. İndi vəzifə nədir? İnsanların nə düşündüyünü öyrənmək üçün referendum keçirəkmi? Bağışlayın, erməni xalqının fikrini təmsil etmək səlahiyyətinə malik rəsmi şəxs kimi mən erməni xalqının fikrini bilirəm” – Paşinyan bildirib.

Ermənistanın Baş naziri bildirib ki, əgər referendum keçiriləcəksə, o zaman kampaniya aparılmalıdır.

“Belə olan halda insanlar bizə sual verəcəklər: necə, nə vaxt, hansı addımlarla? Avropa İttifaqı bunu istəyirmi? Mənə deyəcəklər: siz dediniz ki, Ermənistan Avropa İttifaqı ilə mümkün qədər yaxınlaşmağa hazırdır. Avropa İttifaqı bunu mümkün hesab edirmi? İndi sual olunur: Avropa İttifaqı buna nə dərəcədə hazırdır? Mən bu gün bu suala cavab verə bilmirəm” – Paşinyan açıqlayıb.