Nikol Paşinyan Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib
Nikol Paşinyan Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib

Ermənistanın baş naziri Nikol Paşinyan Məsud Pezeşkianı İran prezidenti seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistanla qardaş İran arasında isti münasibətlərin davamlı olaraq dərinləşməsi həm ikitərəfli əməkdaşlıq, həm də regional sabitlik və rifah kontekstində xüsusi əhəmiyyət kəsb edir”. – bəyanatda qeyd olunur.

Bundan əlavə, Ermənistan hökumətinin mətbuat xidmətinin yazdığı kimi, hökumətlərin birgə səyləri ilə bir sıra yeni layihələrin həyata keçirilməsinə başlanılacaq.

İyulun 5-də İranda keçirilən növbədənkənar prezident seçkilərinin ikinci turu nəticəsində Məsud Pezeşkian qalib gəlib.

İranda növbədənkənar seçkilər ölkənin keçmiş prezidenti İbrahim Rəisinin təyyarə qəzasında həlak olması ilə əlaqədar keçirilib.