Nikol Paşinyan Mamuka Baxtadzeyi baş nazir seçilməsi ilə bağlı təbrik etdi və Ermənistana dəvət etdi
Ermənistanın baş naziri Niko Paşinyan Gürcüstanlı həmkarı Mamuka Baxtadzeyi baş-nazir vəzifəsinə seçilməsi ilə bağlı təbrik etdi və Ermənistana dəvət etdi.
Bu barədə bəyanat Ermənistanın baş nazirinin rəsmi veb-səhifəsində verilib.
“Gürcüstanın baş naziri vəzifəsinə seçilməyinizlə bağlı sizi səmimi qəlbdən təbrik edirəm. Gürcüstana son səfərim zamanı əmin oldum ki, erməni-gürcü münasibətlərinin böyük potensialı var. Əminəm ki, iki qarşılıqlı əməkdaşlığımız millətlərimizin firəvanlığa doöru inkişafını və güclənməyə davam edəcək.
Sizi Ermənistana dəvət edirəm. Əminəm ki, sizin buraya səfəriniz ölkələrimiz arasındaki əməkdaşlığa yeni impuls verəcək.
Sizə yeni vəzifənizdə müvəffəqiyyətlər arzulayıram” – deyilir Paşinyanın bəyanatında.