Nikol Paşinyan İrakli Kobaxidzeni və “Gürcü arzusu” partiyasını seçkilərdə qazandıqları qələbə münasibətilə təbrik edib
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Kobaxidzeni və “Gürcü arzusu” partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.
“Gürcüstanın baş naziri İrakli Kobaxidzeni və “Gürcü arzusu” partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edirəm.
İnanıram ki, Ermənistan və Gürcüstan arasında strateji münasibətlər bundan sonra da davamlı şəkildə – qonşu Ermənistan və Gürcüstan xalqlarının rifahı naminə inkişaf edəcək”. Paşinyan sosial şəbəkədə yazır.