Nikol Paşinyan - İğtişaşların fitnəkarları cəzalandırılmalıdır, heç vaxt zəif hökumət olmayacağıq, çünki bu, dövlət üçün fəlakətdir
Nikol Paşinyan - İğtişaşların fitnəkarları cəzalandırılmalıdır, heç vaxt zəif hökumət olmayacağıq, çünki bu, dövlət üçün fəlakətdir

 
Ermənistanın Baş naziri Nikol Paşinyan, iğtişaşların fitnəkarlarının cəzalandırılması gərəkdiyini bildirib.

Bu haqda o, Ermənistanın Milli Assambleyasında 2023-cü ilin büdcəsinin icrası ilə bağlı müzakirə zamanı açıqlayıb.

Paşinyan bildirib ki, qanuna uyğunluq, qanunun aliliyi mərhəmət üzərində qurula bilməz.

Ermənistan hökumətinin başçısı, dini-feodal elitanın Ermənistanda hakimiyyəti dəyişə bilməyəcəyini deyib.

“Biz sevgi dolu, mərhəmətli, yardımçı, dəstəkləyən, tolerant hökumət olacağıq, amma heç vaxt zəif hökumət olmayacağıq, çünki bu, dövlət üçün fəlakətdir. Dövləti, cəmiyyəti, demokratiyanı, müstəqilliyi və suverenliyi qorumaq üçün legitimilik və qanunun gücü ilə, qanuniliyin gücü ilə bütün lazımi tədbirləri görəcəyik. Yalnız xalq istədiyi vaxt Ermənistanda hakimiyyəti dəyişə bilər. İstəsə edəcək, istəməsə etməyəcək”- Nikol Paşinyan açıqlayıb.

Ermənistanda aksiyalar aprelin 20-dən davam edir. Aksiya iştirakçıları Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində birtərəfli güzəştlərə etiraz etdiklərini bildirirlər.

İyunun 12-də Yerevanda aksiyada 98 nəfəri saxlayıblar. Nikol Paşinyanın deputatların suallarını cavablandırdığı Ermənistan Parlamentinin binası yaxınlığında vəziyyət xüsusilə gərginləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nümayişçiləri parlamentin hasarından uzaqlaşdırmağa çalışıblar və bu məqsədlə onlar səs-küylü xüsusi vasitələrdən istifadə ediblər.

Yerli medianın verdiyi məlumatda, polislər də daxil olmaqla 101 nəfərin xəsarət aldığı deyilir.