Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfər edəcək. Bu barədə Gürcüstan Hökumətinin Administrasiyası məlumat yayıb.
Nikol Paşinyanın səfəri bu günə planlaşdırılıb.
Səfər çərçivəsində Gürcüstan və Ermənistan Respublikasının baş nazirlərinin təkbətək və geniş formatda görüşləri keçiriləcək.