Nikol Paşinyan - Gürcüstan və gürcü xalqı əmin olmalıdır ki, bizim münasibətlərimizdə bir-birimizin əleyhinə heç bir addım atılmayacaq
Gürcüstan və gürcü xalqı əmin olmalıdır ki, bizim münasibətlərimizdə bir-birimizin əleyhinə heç bir addım atılmayacaq, – bu barədə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan Axalkalakinin Mədəniyyət Mərkəzində verdi, haraya Gürcüstanın Xarici İşlər Naziri Mixeil Canelidze ilə bərabər getdi.
“Bu mənim baş nazir ranqında ilk beynəlxalq səfərimdir və mən buraya Gürcüstan Dövlətinə həmrəyliyimi və sevgimi göstərmək üçün gəldim. Mən prezident və baş nazirlə görüşdüm və düşünürəm ki, imzaladığımız sənədlərdən çox bir-birimizə baxdığımız baxışlar önəmli idi. Mən istədim ki, Gürcüstanın iqtidar başçıları mənim baxışımdaki sevgiyi və həmrəyliyi oxusunlar.
Gürcüstanla münasibətlərimizdə yeni formula tətbiq ediləcək, Gürcüstan əmin olmalıdır ki, bir-birimizə qarşı heç bir təhdid və yanlış addım atılmayacaq. Eləcədə, Ermənistan xalqı bilməlidir ki, Gürcüstan iqtidarından mənfi münasibət yoxdur” – dedi Nikol Paşinyan.
Onun dediyinə görə, o Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin “gürcü xalqının gücü, erməni xalqının gücü deməkdir” sözləri ilə razılaşır.
Ermənistanın baş nazirinin Gürcüstana səfəri başa çatdı.
İki günlük səfər çərçivəsində, Paşinyan Samtsxe-Cavaxetiyə getdi və yerli əhali ilə də görüşdü.