Nikol Paşinyan - Gürcüstan hökumətini və xalqını Avropa İttifaqına namizəd ölkə statusu münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim
Gürcüstan hökumətini və xalqını Avropa İttifaqına namizəd ölkə statusu münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim, bu prosesdə İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin, eləcə də xalqın rolunu xüsusilə vurğulayıram-bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə bəyanatında qeyd edib.
O, bunun Gürcüstan üçün olduğu kimi, bütün region üçün də tarixi hadisə olduğunu bildirib.
“Bu gün Ermənistan və Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclası keçirilib.
Cənab İrakli Ğaribaşviliyə, gürcü həmkarlarımıza bu iclasın Tbilisidə keçirilməsinə və yüksək səviyyədə təşkilinə görə təşəkkür etmək istərdim. Mən Gürcüstan hökumətini və xalqını Avropa İttifaqına namizəd ölkə statusu münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim, bu prosesdə cənab İrakli Ğaribaşvilinin rəhbərliyi ilə hökumətin, eləcə də xalqın rolunu xüsusilə vurğulayıram. Bu, Gürcüstan və bütün region üçün tarixi hadisədir. Sevinclə vurğulamaq istərdim ki, 2019-cu ildə hökumətlərarası komissiyanın formatı yeniləndikdən sonra iclaslar hər zaman keçirilir. Bu gün biz iqtisadiyyatdan tutmuş mədəniyyət, ticarət və insani münasibətlərə qədər geniş spektrli məsələləri müzakirə etdik. Biz Cənubi Qafqazın infrastrukturundan, əlaqələrin imkanlarından da danışdıq. İqtisadi inkişaf üçün layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladıq. Eləcə də bir çox istiqamətlərlə bağlı məsələləri müzakirə etdik” – Paşinyan açıqlayıb.