Nikol Paşinyan Giorgi Kvirikaşviliyi Ermənistana dəvət edir və ümid edir ki, Gürcüstandan da dəvət alacaq
Ermənistanın baş naziri Nikol Paşinyan gürcü həmkarı Giorgi Kvirikaşviliyi Ermənistanan dəvət edir və ümid edir ki, eyni dəvəti Gürcüstandanda alacaq.
Bu barədə bəyanatı Nikol Paşinyan Birinci Kanal ilə eksklyuziv müsahibə zamanı verdi.
“Əlbətdə ki, mən tez zamanda Gürcüstana gedəcəm. Hətta, Gürcüstanın baş nazirini buraya dəvət edirəm. Ümid edirəm ki, eyni dəvəti Gürcüstanlı həmkarımdan da alcam” – dedi Nikol Paşinyan.
Gürcüstan-Ermənistan münasibətlərinə gəlincə, Paşinyan bəyan etdi ki, bu münasibətlər daha da dərinləşdirilməlidir və geo-siyasi təsir altında qalmamalıdırlar.
“Gürcüstan bizim dost ölkəmizdir. Bizim partiya proqramımızda Gürcüstanın Ermənistan üçün çox əhəmiyyətli yeri var. Bəzən bu iki ölkə arasındaki münasibətlər geo-siyasi faktorların təsiri altına düşür və təssüf ki, bu təsir hər zaman müsbət olmur.
Düşünürəm ki, Gürcüstanla münasibətlərimiz daha da dərinləşdirilməlidir və insanlarla da ünsiyyətimiz daha yaxın olmalıdır” – dedi Paşinyan.