Nikol Paşinyan - Qarabağda rus hərbçiləri sadəcə beş il qalmayacaqlar
Qarabağda rus sülhmaramlılarının qalma müddəti sadəcə beş il ilə məhdudlaşdırılmayacaq.
Bu barədə bəyanatı Ermənistanın baş naziri Nikol Paşinyan rus medyası ilə müsahibəsində verdi.
“Əlbəttə ki, beş ilə ərzində regionda təhlükəsziliyin təmin edilməsi mümkün olmalıdır, ancaq Qarabağ münaqişəsi üzun sürən münaqişə olduğu üçün, mən inanmıram ki, rus hərbçilərinin Qarabağda olma müddəti sadəcə beş il ilə məhdudlaşdırıla”, – dedi Nikol Paşinyan.
Onun dediyinə görə, noyabrın 9-da qoyulan razılaşmada yazılan beş illik müddət ərzində, rus hərbçiləri Qarabağda olmalıdırlar və bu sadəcə “prosesin başlanğıcıdır”.
“İndi əsas olan Qarabağda sabitliyin qorunması və əhalinin təhlükəsizliyinin qorunmasıdır. Ümid edirik ki, rus hərbçiləri müvəffəqiyyətli hərəkət edəcəklər və öz missiyalarını həqiqətən yerinə yetirə biləcəklər”, – dedi Paşinyan