Nikol Paşinyan-Ermənistanda hazırda koronavirusa yoluxan  200-dək pasiyent hospitalizasiya üçün növbədə gözləyir
Nikol Paşinyan-Ermənistanda hazırda koronavirusa yoluxan  200-dək pasiyent hospitalizasiya üçün növbədə gözləyir

 

 Emənistanda hazırda koronavirusa yoluxan  200-dək pasiyent hospitalizasiya üçün növbədə  gözləyir.Bu barədə Ermənistanın Baş naziri,Nikol Paşinyan brifinqdə  bildirib.

 “Nə qədər qəddar olsa da, qarşınızda   həqiqəti danışmağı özümə borc bilirəm. Bu günə olan vəziyyətə əsasən, respublikada  koronavirusa  yoluxmuş 200-ə yaxın pasiyent  xəstəxanaya yerləşdirilmək üçün öz  növbəsini gözləyir-“deyə Paşinyan bildirib.

Paşinyan onuda qeyd edib ki, ölkədə tibbi yardımın gecikməsi səbəbi ilə Covid 19-dan insan ölməsi halı da baş verib.

Onun verdiyi məlumata görə, iki halda isə pasiyent reanimasiya şöbəsində yer əksikliyi səbəbi ilə dünyasını dəyişib.

Hazırladı-Sevinc Mustafayeva