Nikol Paşinyan - Ermənistan və Azərbaycan sərhədinin demarkasiya komissiyaları aprelin 19-da qəbul edilmiş protokola əsasən, dörd kənd yaxınlığında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar
Nikol Paşinyan - Ermənistan və Azərbaycan sərhədinin demarkasiya komissiyaları aprelin 19-da qəbul edilmiş protokola əsasən, dörd kənd yaxınlığında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar

 
Ermənistan və Azərbaycan sərhədinin demarkasiya komissiyaları aprelin 19-da qəbul edilmiş protokola əsasən, dörd kənd yaxınlığında sərhədin ayrı-ayrı hissələrini razılaşdırıblar-bu haqda Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Ermənistan hökumətinin başçısı, sərhəd komissiyalarının razılaşmasının iki səbəbdən böyük uğur olduğunu bildirib.

Paşinyanın izahatına görə, Ermənistanın suverenliyinin və müstəqilliyinin gələcək inkişafı və möhkəmləndirilməsi üçün mühüm zəmin yaranıb, digər tərəfdən müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq Ermənistan rəsmi delimitasiya edilmiş sərhədə malikdir.

Ermənistanın Baş naziri, bu vəziyyətin təkcə bu kəndlərdə deyil, həm də Ermənistan-Azərbaycan sərhədinin bütün perimetri boyunca təhlükəsizlik və sabitliyin səviyyəsini əhəmiyyətli dərəcədə artıracağını bildirib.

“Qeyd edilib ki, delimitasiya 1979-cu ildən istifadədə olan 1976-cı ilin xəritələri əsasında həyata keçirilib. Bizim üçün Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası prosesində yeni sərhədin yaradılmaması, daha əvvəl Alma-Ata Bəyannaməsi ilə təsdiq edilmiş sərhədlərin bərpası prosesinin baş verməsi vacib idi.
Biz deyirik ki, sərhəd yaratmamalıyıq, əksinə SSRİ-nin dağılması zamanı mövcud olan və hüquqi əhəmiyyət kəsb edən sərhədləri bərpa etməliyik” – Nikol Paşinyan bildirib.

Mayın 15-də Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının 9-cu görüşü keçirilib.